Bakıda yük avtomobili körpünün altına ilişdi – FOTO

Bakının Binəqədi rayonunda yük avtomobili körpünün altından keçərkən ilişib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə DSK kimi tanınan yolda baş verib.

Nəticədə yük avtomobili körpünün altında hərəkətsiz qalıb.

Hadisənin baş verməsi səbəbindən yolda tıxac yaranıb.