Bakıda yük avtomobili qatarla toqquşdu: ölən var

62481Bakının Xəzər rayonunda “QAZ” markalı yük avtomobili dəmir yol keçidi ilə hərəkət edən yük qatarına çırpılıb.

FHN xəbər verir ki, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və deformasiyaya uğramış avtomobildən sürücünün sıxılmış vəziyyətdə qalmış meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:32-də başa çatıb.