Bakıda yük maşını ağır qəza törətdi – Ölən var

Bakıda yol qəzası baş verib.

Yenicag.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Şərur rayon sakini Mirheydər Tağıyev idarə etdiyi “KamAZ” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.