Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı piyada ağır xəsarət alıb.
Yenicag.az xəbər verir ki, hadisə metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1969-cu il təvəllüdlü Məmmədov Maqsud Fazil oğlu yolu keçərkən onu kiçiktutumlu yük maşını vurub.
Yaralı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.