Bakıda yük maşını qəza törətdi: Ölən var

Bakıda yük maşını yolu keçən qadını vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyunun 2-də saat 23 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Maştağa qəsəbə sakini Musafəddin Hümbətov idarə etdiyi “ZİL” markalı avtomobillə yolu keçən 40-45 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.