Bakıda yük maşını qəza törətdi: ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində – Bakı-Ələt yolunda “QazEL” markalı yük maşını yolu keçməyə çalışan kişini vurub. Piyada hadisə yerində vəfat edib. Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.