Bakıda yük maşınları toqquşdu: ölən var – VİDEO,FOTO

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində “MAN” və “KамАz” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Yenicag.az FHN-nin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

“MAN” markalı avtomobilin sürücüsü, 1963-cü il təvəllüdlü Tamaz Dalinzenin (Gürcüstan Respublikasının vətəndaşı) cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.