!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Yunanıstan və Azərbaycanın turizm imkanlarınına həsr olunmuş tədbir keçiriləcək

!Reklam – Yazi

“Eurasia Diary” xəbər verir ki, fevralın 17- də Bakıda “Turizm Yunanıstan və Azərbaycan arasında körpü rolunu oynayır” adlı təqdimat mərasimi keçiriləcək.

Tədbir Yunanıstanın Azərbaycandakı səfirliyinin dəstəyilə yunan turizm şirkəti Panhellas, İtaliyanın Bakıdakı Mədəniyyət Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.

Tədbirin keçiriliməsində əsas məqsəd Yunanıstanın turizm potensialını nümayiş etdirmək, həmçinin, diplomatiya və iqtisadiyyat sahələrində yaxşı münasibətləri olan iki ölkənin bu sahədə mövcud imkanlarının təşviq edilməsidir.

Qeyd edək ki, tədbirdə tur operatorlar və turizm agentlikləri habelə turizm sənayesinə cəlb olunmuş təşkilatlar, media və nəşriyyat evləri, turizm universitet və institutları və s. qurumların nümayəndələri iştirak edə bilər.

Tədbirdə Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Tsoungasın da iştirak edəcək.

Yeniçağ.az

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv