Bakıda zavodda baş vermiş yanğın söndürüldü

Bakının Binəqədi rayonundakı Ağac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) baş vermiş yanğın söndürülüb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, təxminən 500 m2 ərazidə işlənmiş avtomobil şinləri yanıb.

Əlavə məlumat veriləcək.