Bu gün Milliyyətçi Gənclər Təşkilatının təşəbbüsü ilə Şəhidlər Xiyabanına yürüş edilib.
Yenicag.az xəbər verir ki, yürüş Ermənistan ordusu tərəfindən Füzulinin Alxanlı kəndində 2 yaşlı Zəhra və onun nənəsi Quliyeva Sahibənin qətlə yetirilməsinə etiraz olaraq təşkil olunub.
Yürüş zamanı bir sıra vətənpərvər şüarlar səsləndirilib, Ermənistanın terrorçu siyasəti pislənilib.
Yürüşdən özəl fotoları təqdim edirik: