Bakıda zəlzələdən sonra qala divarları üzə çıxdı?

“Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Dövlət Xidməti məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərib.

Qeyd edilib ki, əraziyə baxışdan sonra mətbuata əlavə məlumat veriləcək.