Bakıda zəncirvari qəza – 6 avtomobil toqquşdu, xəsarət alanlar var – FOTO

Bakının Xətai rayonunda ağır yol qəzası qeydə alınıb.

Yenicag.az xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.

“Chevrolet” markalı maşını idarə edən sürücü yüksək sürətlə nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb.

Daha sonra idarəetmədən çıxan maşın əks yolda “Renault” markalı avtomobilə, o cümlədən “Toyota”ya çırpılaraq dayanıb.

Bundan sonra həmin yolda hərəkətdə olan “Mercedes”, “KIA” və “VAZ” markalı avtomobillər qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb.

Baş vermiş yol qəzası zamanı 4 nəfər xəsarət alıb.

Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb./APA/