Bakıda zəncirvari qəza – “BakuBus”un avtobusları toqquşdu

Bakıda bu saatlarda zəncirvari qəza baş verib.

Yenicag.az xəbər verir ki, Nobel prospektində “BakuBus”a məxsus 3 avtobus toqquşub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, avtobuslardan biri 2, digəri isə 7B nömrəli marşurut olub.

Axşam saatları olduğu üçün sərnişinlər az olub və hadisə nəticəsində xəsarət alan olmayıb.