!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda zəncirvari qəza baş verib

!Reklam – Yazi

f358bb09bb1375447fa2e165e5e1697aGecə saatlarında Bakının Nəsimi rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

Sürücü Həsən Əliyev idarə etdiyi BMW markalı avtomobillə Tiflis prospekti ilə 20 Yanvar dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan zaman qəfildən idarəetməni itirib. Nəticədə BMW əvvəlcə qarşısında hərəkətdə olan “London taksisi”nə, daha sonra metropolitenə məxsus yük maşınına çırpılıb. Sükana bundan sonra da hakim ola bilməyən Həsən Əliyev avtomobili eyni markalı başqa bir maşına da vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. İlkin ehtimala görə, qəza “BMW”nin yüksək sürətlə hərəkət etməsi, “London taksisi”nin isə ona yol verməməsi nəticəsində baş verib. Sürücülər izahatlarının alınması üçün polis şöbəsinə dəvət ediliblər.

Faktla bağlı araşdırma aparılır(APA TV).

www.yenicag.az

927
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv