Bakıda zəncirvari qəza – Tıxac yarandı

Bakıda zəncirvari qəza baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Moskva prospektində qeydə alınıb. Ara məsafəsi saxlamayan yük maşını qarşıda gedən minik avtomobilinə, o isə özündən əvvəlkinə çırpılıb.

Üç avtomobilin toqquşması səbəbindən sözügedən prospektdə avtomobillərin sıxlığı müşahidə olunur.