!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda zəncirvari qəza - Xəsarət alan var

!Reklam – Yazi

Bu dəqiqələrdə paytaxtın Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az saytının əməkdaşının hadisə yerindən verdiyi xəbərə görə, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələrinin kəsişməsində zəncirvari qəza baş verib. Qəzaya səbəb dönər paylayan motosikletin qəflətən yola çıxması olub. Bu zaman öz yolu ilə hərəkətdə olan 10 UU 861 dövlət nömrə nişanlı “Mitsubishi Prado” markalı avtomobil onu vurub. Motosikletin sürücüsü idarəetməni itirərək, 2 saylı Bakubusa çırpılıb. Toqquşmadan yayınmağa çalışan avtobus sürücüsü sükanı çevirərkən 99 GF 984 dövlət nömrə nişanlı “Daewoo” markalı minik maşınına dəyib.

Hadisə zamanı bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

www.yenicag.az

4505
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv