!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zibillikdən 600 kiloqramdan artıq qəpik toplandı – Bakıda

!Reklam – Yazi

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda maqnit separatoru vasitəsilə toplanan 600 kiloqramdan artıq qəpik “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub.

Yenicag.az xəbər verir ki, bu barədə “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov məlumat verib.

Onun sözlərinə görə, zavod 2012-ci ildə Almaniya texnologiyası ilə inşa edilib. Burada Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir:

“Zavodda 170-dən artıq Balaxanı sakini daimi işlə təmin olunub. Bu günə kimi, çeşidləmə zamanı tapılmış 1200-dən artıq müxtəlif növ sənəd toplanılaraq “Poçtap” layihəsi çərçivəsində “Azərpoçt” MMC-yə təhvil verilib. Maqnit separatoru vasitəsilə toplanan 600 kiloqramdan artıq qəpik isə “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub”.

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv