Bakıda ZİL sərnişin avtobusunu vurdu

Bu gün saat 15:30 radələrində Binə qəsəbəsi “Sovxoz” yaşayış sahəsində karyer daşı ilə yüklənmiş ZİL markalı avtomobil “Çinar-Trans” MMC-nin istismarında olan 160 nömrəli marşrut xətti üzrə 99JK422 DQN- dövlət seriya nişanlı avtobusu vurub.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi (BNA) yayıb.

Bildirilir ki, qəza avtobus sonuncu dayanacaq məntəqəsində gözləyən vaxt baş verib.

Hadisə zamanı avtobusa zərər dəysə də, xəsarət alan olmayıb.