Bakıda zirzəmidən kişi meyiti tapıldı

Bakıda kişi meyiti tapılıb.

Yenicag.az-ın məlumatına görə, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən binaların birinin zirzəmisindən kişi meyiti tapılıb.

Tapılan meyit tanınmaz halda olduğundan, daxili və xarici müayinə üçün Tibbi-Ekspertiza şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.