Bakıdakı apteklərin başbəlası: Yeni dələduz peyda olub

Bakıda yeni dələduz peyda olub.

Yenicag.az xəbər verir ki, gənc oğlan müştəri qismində apteklərə daxil olaraq əczaçıları aldadır.

Redaksiyamıza daxil olan məlumata görə, o, bu zaman anasının xəstə olduğunu dilə gətirir. Belə ki, həmin şəxs əczaçıya resepti təqdim edərək bəzi dərmanları almalı olduğunu bildirir. Bu zaman o, xəstə anasının maşında oturduğunu, ayağının şişdiyi üçün yerə enə bilməyəcəyini söyləyir.

Doğru olub-olmadığını öyrənmək məqsədi ilə dərmanları maşında əyləşən anasına göstərməli olduğunu qeyd edən şəxs, əczaçının razılığından sonra dərmanları götürüb aptekdən çıxır və bir daha geri qayıtmır.

O, bu fırıldağı ilə hər aptekə azı 100 manat ziyan vurur.

COP29