Bakıdakı atışmanın detalları – 4 nəfər həbs edildi

atismaa 21 aprell 201Dünən axşam Bakıda restoranda baş verən atışmanın bəzi detalları müəyyənləşib.

“Bulaq” restoranındakı silahlı insident zamanı yaralanan şəxslərin adları da dəqiqləşib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisədə 1986-cı il təvəllüdlü Süleyman Abdullayev və 1980-ci ildə anadan olmuş Fərid Əkbərov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

İlkin məlumata görə, dünən saat 21 radələrində bir qrup şəxs restoranda borc məsələsini müzakirə etmək üçün toplanıb. Hadisə də bu zaman baş verib.

O da bildirilir ki, hadisənin iştirakçılarından 4 nəfər artıq həbs olunub.

Hazırda Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.