Bakının Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində yerləşəmn işıqforun iş rejimində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Yenicag.az-a verilənm əlumata görə, bundan sonra kəsişmədə H.Cavid prospektindən sağa gedən nəqliyyat vasitələri düzünə istiqamətlənən nəqliyyat vasitələri ilə eyni vaxtda hərəkət edə biləcəklər.
Dəyişiklik, vətəndaşların BNA-ya ünvanladığı çoxsaylı müraciətlər nəzərə alınaraq edilib və yol hərəkətinin təşkilinin səmərəliliyinin artırılması məqsədi daşıyır.