Reklam: High Technic
hightechnic

Bakıdakı dəhşət: Avtobus qatar yoluna çıxdı - Azyaşlı öldü, 34 yaralı/VİDEO

Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 34-ə çatıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.

O qeyd edib ki, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.

***

16:00

Bakının Xəzər rayonu Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 27 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Məlumata görə, xəsarət alanlar arasında 5, 6, 10, 12 və 16 yaşlı beş azyaşlı var.

Onun sözlərinə görə, hadisə nətiəcəsində dünyasını dəyişən 13 yaşlı oğlandır.

***

15:25

Hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib.  Qəza nəticəsində 20 nəfər yaralanıb.

Yaralanan 11 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Onlardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Digər yaralılar hələlik xəstəxanalara yerləşdirilməyib.

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən azyaşlı oğlandır.

Avtobusun içərisindəkilərin əksəriyyətinin məktəbli olduğu bildirilib.

***

Bakıda Xəzər rayonu Binə qəsəbəsində sərnişin avtobusu qatarla toqquşub.

Yenicag.az-ın məlumata görə, qatar gələn zaman qorunan keçiddə avtomobillər hərəkətini dayandırıb. Bu zaman qarşıda olan 160 saylı marşurut xətti ilə hərəkətdə olan avtobus şlaqbauma məhəl qoymayaraq qatarın yoluna çıxıb. Nəticədə ağır qəza baş verib. Ölən və yaralananların olduğu bildirilib.

Xatırladaq ki, avtobusun toqquşduğu qatar neft çənlərini daşıyırmış. /Unikal.org/

 

www.yenicag.az

5440