Bakıdakı hamamdan pul və avtomobil açarı oğurlanıb

Bakıda hamamların birindəki dolabdan pul və avtomobil açarı oğurlanaraq avtomaşın qaçırılıb.

Yeniçağ.Az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki hamamlardan birində dolabdan 150 manat pul, “Mitsubishi” markalı avtomobilin açarları oğurlanıb və avtomobil qaçırılıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Elçin Qəhrəmanov və Azər Həmidov tutulublar.

Yeniçağ.Az

COP29