Reklam

Reklam

df0def6b58283aaaa8f78d589089bd6d“İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl Miniatür Kitab Muzeyi miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Muzeydəki 38 şüşə vitrində dünyanın 66 ölkəsində nəşr edilən 5600-dən çox miniatür kitab sərgilənir. Burada ən nadir eksponatlar Yaponiyanın Tokio şəhərindəki “Toppan” nəşriyyatında buraxılan dörd mikrokitab və Almaniyada hazırlanan dörd mikrokitabdır.

Muzeyin Ginnesin Rekordlar Kitabına daxil edilməsinə nail olmaq üçün yarım ildən artıq gərgin işləmək lazım gəlib. Muzeyin Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün sifariş 2014-cü ilin birinci yarısında təqdim edilib.

2015-ci il yanvarın 21-də Ginnesin Rekordlar Kitabının rekordlar üzrə menecerlər komandasından alınan məlumata görə, muzeyin sifarişi qəbul edilib və o, miniatür kitabların dünyada ən böyük kolleksiyası hesab olunub. Yaxın vaxtlarda muzeyin təsisçisi və yaradıcısı Zərifə Salahovaya “Guinness World Records” sertifikatı təqdim ediləcək.

Qeyd edək ki, bundan əvvəl miniatür kitabların ən böyük kolleksiyası Nikuncu R.Vaqadinin kolleksiyası hesab edilirdi. Bu şəxs 258 adda müxtəlif miniatür kitab toplamağa müvəffəq olub(apa).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 60
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."