Bakıdakı orta məktəbdə bədbəxt hadisə – Sinif otağının tavanı uçdu – FOTO

Bu gün Ramana qəsəbəsində yerləşən 198 saylı məktəbdə xoşagəlməz hadisə yaşanıb.

Yenicag.az xəbər verir ki, sinif otaqlarının birinin tavanı uçub. Xoşbəxtlikdən hadisə zamanı uşaqlar tənəffüsdə olub.

Məsələ burasındadır ki, məktəbin digər sinif otaqlarının vəziyyəti belə acınacaqlı durumdadır. Əldə etdiyimiz məlumata görə, məktəbin qəzalı durumda olması ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da, müsbət cavab alınmayıb.

Qeyd edək ki, 198 saylı orta məktəb 1937-ci ildə istifadəyə verilib və bir dəfə də olsun əsaslı təmir işləri aparılmayıb.

Yenicag.az