İranın Azərbaycandakı səfirliyində helikopter qəzasında həlak olanlarla bağlı mayın 21-dən etibarən 3 gün ərzində matəm kitabı açılacaq.
Bu barədə Yenicag.az-a səfirlikdən məlumat verilib.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada prezident helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.