!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıdakı sinaqoqa bitişik tikilidə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA - FOTO / VİDEO- YENİLƏNDİ 2

!Reklam – Yazi

Xəbər verildiyi kimi, gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Yenicag.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, havanın güclü küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin hadisəyə operativ müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində tikinti meydançasının ərazisində hər birinin sahəsi 15 kvadratmetr olan dəmir konstruksiyalardan ibarət iki ədəd gözətçi konteynerinin taxta üzlüyü və içərisində olan əşyalar, 100 kvadratmetr sahəyə yığılmış tikinti materialları, bir ədəd ağac və yaxınlıqda dayanmış vətəndaşlara məxsus “Mercedes 200” və “Nissan Pathfinder” markalı minik avtomobillərinin yanar hissələri yanıb.

Ərazidə olan digər tikinti materialları, yaxınlıqda dayanmış avtomobillər və yaxınlıqdan keçən diametri 159 mm olan qaz xətti yanğından mühafizə olunub.

***

00:29

Bakı şəhəri Nəsimi rayonunda “Dağ yəhudiləri”nin sinaqoquna bitişik yarımtikilidə yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub.

Güclü külək səbəbindən yanğının söndürülməsi çətinləşib.

İlkin məlumata görə, kilsənin həyətində olan maşınlar yanıb.

www.yenicag.az

2313
Ads
www.veteninfo.com
!Reklam – Arxiv