Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) subasma sahələrinin müşahidə edildiyi əraziləri açıqlayıb.
ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə deyib ki, Binəqədi rayonunda 1-ci mədən yaşayış sahəsində, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginik müşahidə edilir.
Mütəxəssis bildirib ki, Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivində, Zabrat-Məhəmmədi, Savalan subasma sahəsində, Xəzər rayonu Qala qəsəbəsində subasma sahəsində stabil gərginlik var.