Bakıdakı tozlu hava ilə bağlı AÇIQLAMA

Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında dünənlə müqayisədə azalma müşahidə olunur. Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2-2.5 dəfə çoxdur.

Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Sinoptik vəziyyətlə əlaqədar bu gün ölkə ərazisində şimal-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən də havada tozun miqdarının axşam saatlarından başlayaraq tədricən azalacağı gözlənilir”.

Xatırladaq ki, dünən havada tozun miqdarının normadan 4-4.5 dəfə yüksək olduğu qeydə alınıb.

COP29