“Bakıdakı Türkiyədən olan iş adamlarına deyirdim ki, bunlar xaindir” – Hüseyn Büyükfırat

14331640_10209205735453213_231028601_nAzərbaycanda çalışan ünlü türk iş adamı “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ölkəmizə buraxılmaması medianın geniş marağına səbəb olmuşdu. Xatırladaq ki, FETÖ işi ilə bağlı Türkiyədə zərəçəkən qismində məhkəmələrə çıxan iş adamı Gülənin Azərbaycanda güclü dayaqlarının da olduğunu dilə gətirib.  Bu çıxışının ardından Azərbaycana gələrkən, sərhəd xidmətindən onun ölkəyə girişinin yasaq olduğu deyilib. Həmin vaxt Gununsesi.info-ya açıqlamasında Hüseyn Büyükfırat “Məni Azərbaycana FETÖ buraxmadı” deyə bəyanat da səsləndirmişdi. O, bu olayın Türkiyə rəhbərliyində narahatlığa səbəb olduğunu da dilə gətirmişdi.

Görünür, məhz bunun nəticəsidir ki, Hüseyn Büyükfırat artıq Azərbaycandadır.

Gununsesi.info-ya eksklüziv müsahibəsində Hüseyn Büyükfırat yaranmış durumla bağlı sualları cavablandırıb.

Xeyr, belə bir halla qarşılaşmadıq. Mən ölkəyə qayıdandan istər rəsmi qurumlardan, istərsə də iş adamlarından “keçmiş olsun” deyə mesajlar aldım. Mən bir daha Azərbaycan prezidentinə və qurumlarına təşəkkür edirəm. Qısa zamanda problem həllini tapdı. Bu gün də işimin başındayam.14914656_295629154169934_1406334176_n

Pərviz Həşimli

COP29