Bakıdakı universitetdə həyəcanlı anlar

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasında 17 nəfər liftdə qalıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunublar.

Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər.