!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıdakı universitetlər bu şəhərlərə köçürülər - "Kəlbəcərdə ikinci tibb universiteti..." - İqtisadçıdan TƏKLİF

!Reklam – Yazi

“Əhalisi 100 min nəfərdən çox olan şəhərlərin sayının artması Bakının boşaldılması baxımından çox önəmlidir”.

Yenicag.az xəbər verir ki, bunu işğaldan azad olunmuş ərazilərdə əhalinin qeydiyyata alınması ilə bağlı prosesi dəyərləndirən iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçıya görə, hazırda bərpası başlanan və yaxınlarda başladılacaq işğaldan azad edilmiş 8 şəhər (7 rayon mərkəzi+Şuşa) üzrə qeydiyyatda olan əhalinin sayı 150 min nəfərə yaxındır:

“Artıq bəyan edilib ki, bərpasına start verilən Ağdam şəhəri 100 min nəfərin məskunlaşmasına imkan verəcək. Bu isə şəhərdə hazırda qeydiyyatda olan əhalinin sayından 42 min nəfər, yəni 2.3 dəfə çoxdur. Adıçəkilən 8 şəhər ən azı 500 min nəfər əhalinin yaşaya bilməsinə imkan verməlidir. Bu, həm ölkədə urbanizasiyanın səmərəli planlama əsasında sürətləndirilməsi, həm də son 30 ildə faktiki yaşayış kimi iri, xüsusilə Bakı, Sumqayıt və Xırdalan kimi şəhərləri seçmiş insanlara alternativ seçim imkanı vermək baxımından çox önəmlidir.

Ağdamın ardınca Füzuli şəhərini də ən azı 100 min nəfərin yaşaya biləcəyi yaşayış məntəqəsinə çevirmək mümkündür. Lakin yeni qurulan şəhərlər yüksək sənaye-xidmət imkanları ilə yanaşı, mədəni infrastrukturun da yüksək səviyyədə qurulduğu şəhərlər olmalıdırlar. Məsələn, sağlamlıq turizmi üçün yüksək potensialı olan Kəlbəcərdə ikinci bir tibb universiteti qurula bilər. Ümumiyyətlə, Bakıda olan 30-dan artıq universitetlərin müəyyən hissəsini bu şəhərlər üzrə paylaşdırmaq mümkündür. Şəhərin məskunlaşma üçün cəlbedici olmasında, orada təhsil və yaradıcı mühitin yaradılması son dərəcə vacibdir. Hazırda qeyd olunan şəhərlər üzrə qeydiyyatda olan əhali sayı Ağdam 42.8 min, Füzuli 24,7 min, Şuşa 23,9 min, Laçın 13,4 min, Kəlbəcər 12,2, Zəngilan 11,3 min, Cəbrayıl 11 min, Qubadlı 9.5 min nəfər təşkil edir”.

Gülşən Şərif

www.yenicag.az

14454
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv