Bakıdakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı

Bakı şəhərinin Nərimanov rayonu ərazisindəki sexdə yanğın davam edir.

Yenicag.az xəbər verir ki, güclü yanğında iki FHN əməkdaşı xəsarət alıb

Onlardan Hacıyev Vüqarın çiyninə beton parçası düşüb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Digər FHN əməkdaşı isə tüstüdən zəhərlənib.