Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıdan Barselonaya birbaşa aviareys

60686“Vueling” aviaşirkəti 2015-ci ilin yayında Barselona-Bakı-Barselona marşrutu üzrə mütəmadi mövsümi aviareyslər açmağı planlaşdırır.
Bunu  şirkətin beynəlxalq satışlar üzrə meneceri Xesus Blanko deyib.

Onun sözlərinə görə, bu aviareysin açılması məsələsi üzrə danışıqlar bir neçə gündür aparılır:

“Biz danışıqları başa çatdırmağı və postsovet məkanının bir çox ölkələri ilə etdiyimiz kimi, yay mövsümünün əvvəlinə uçuşların reallaşdırılmasına başlamağı planlaşdırırıq”.

X.Blanko reysin açılışının dəqiq tarixini açıqlamayıb:

“Aviaşirkət reysləri payız mövsümünün də bir hissəsini əhatə edən yay mövsümündə açır. Bazarın tələbatından asılı olaraq, aviareyslər müəyyən fasilələrlə il ərzində davam edir”.

Reyslərin sayına gəlincə, X.Blanko əlavə edib ki, bu məsələ hələ dəqiqləşdirilir:

“Lakin indiki halda söhbət həftədə bir və ya iki reysdən gedə bilər”.

Hər iki tərəfə aviabiletlərin qiyməti 400-500 avro arasında dəyişir, lakin sərnişinlər xüsusi təkliflərdən də istifadə edə biləcəklər. (trend.az)

Loading...

www.yenicag.az

423