Bakıdan Bodruma uçan sərnişinlərin təyyarələri dəyişdiriləcək – SƏBƏB

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-023 nömrəli Bakı-Bodrum reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.

Yenicag.az xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Sözügedən reysin sərnişinləri Bodruma digər təyyarə ilə yola düşəcəklər.