Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıdan bütün istiqamətlərə avtobus reysləri olacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir.

Yenicag.az xəbər verir ki, bu barədə Kompleksin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

Onun sözlərinə görə, reyslərlə bağlı əlavə məlumat almaq üçün (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng etmək, eyni zamanda [email protected] e-poçt ünvanına və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin “Facebook” səhifəsinə yazmaq olar.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmaması məqsədilə bu gündən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı və Sumqayıt şəhərlərinə, eləcə də Abşeron rayonuna buraxılması bu gündən dayandırıb. Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələri və onların sərnişinləri martın 29-na qədər Abşeron yarımadasına buraxılmayacaq.

www.yenicag.az

281
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100