!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıdan kəndə göndərilmiş müəlliməni oğurladılar – TƏFƏRRÜAT

!Reklam – Yazi

71cd8a135ee4ea8425c9e74dfda862e4-300x225Ağsu rayonunda gənc müəlliməni oğurlayan şəxslər tutulub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nuran kənd tam orta məktəbinin qarşısında 23 yaşlı müəllimə Sara Vəliyeva (şərti) bir neçə gün əvvəl bir qrup şəxs tərəfindən zorla maşına salınaraq qaçırılıb.

Artıq gənc müəlliməni zorla qaçıran şəxslərin kimliyi məlum olub.
Məlumata görə, səhər saatlarında Nuran kəndində kirayə yaşadığı evdən çıxaraq məktəbə gedən S.Vəliyevanı qonşu Nüydü kəndinin sakinləri – 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu və dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu təzyiq göstərərək zorla “VAZ 2106” markalı avtomobilə mindirərək qaçırıblar. Oğlanlar gənc müəlliməni əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar.

Artıq hadisəni törədən Bəhruz İsrafilov və Əmrah Əsgərov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Hazırda Müşfiq İsrafilovun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Ağsu rayonunda 23 yaşlı müəllimənin bir qrup şəxs tərəfindən oğurlanması və 5 gün sonra ailəsinə təhvil verilməsi hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin hansı maddələri ilə cinayət işi başlandığı məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nuran kəndindəki orta məktəbə keçən il təyinatla göndərilmiş kimya müəlliməsi Sara Vəliyevanın (şərti) oğurlanması ilə bağlı Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 149.2.4-cü və 150.2.4-cü maddələri ilə iş başlanılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, bu gün müəlliməni oğurlayan qruplaşmanın daha bir üzvü, Laçın rayonundan məcburi köçkün olan İsgəndərov Eldəniz Bəbir oğlu tutulub. Hazırda qruplaşmanın digər üzvü Müşfiq İsrafilovun tutulması istiqamətində iş aparılır.
Ağsu rayonunda 23 yaşlı müəllimənin bir qrup şəxs tərəfindən oğurlanması hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Ağsu rayon Nüydü kənd 11 illik tam orta məktəbin direktoru Ariz Mustafayev Lent.az-a bildirib ki, hadisə aprelin 19-da səhər saatlarında baş verib: “Müəllimə dərsə gələrkən kəndin ortasında qəfil maşın dayanıb və onu zorla maşına mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər. Bildiyimizə görə, müəllimə evlənmək məqsədi ilə qaçırılıb. Nüydü kənd sakini telefonla müəlliməyə niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra elçi belə göndərmədən qruplaşma yaradaraq müəlliməni qaçırıb”.
Məktəb direktoru əlavə edib ki, hadisə baş verən günü dərhal polisə xəbər veriblər: “Hadisəni bəzi kənd sakinləri uzaqdan görmüşdü. Biz saat 11 radələrində Daxili İşlər Nazirliyinin 102 xidmətinə, rayon təhsil şöbəsinə, həmçinin qızın valideynlərinə hadisə ilə bağlı məlumat verdik”.

Hadisə baş verən gündən sonra S.Vəliyeva dərsə çıxmayıb və onun bundan sonra Nuran kənd məktəbində işləməsi mümkün görünmür. Məktəb direktoru əlavə edib ki, növbəti tədris ilində orta məktəbdə kimya müəllimi vəzifəsi vakant olacaq və bu barədə nazirliyə məlumat verəcəklər: “Həmin müəllimə çox savadlı, tərbiyəli gənc kadr idi. Təəssüf ki, belə bir hadisə baş verdi”.

Qeyd edək ki, Nuran kənd orta məktəbində kimya müəllimi uzun müddət olmayıb və 2015-ci ildə bu məktəbə təyinatla gələn S.Vəliyeva məktəbdə bu fənni tədris etməyə başlayıb. Hazırda məktəbdə kimya dərslərini fizika müəllimi əvəz edir.

www.yenicag.az

810
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv