Bakıdan Naxçıvana uçan təyyarə təcili eniş etdi

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən Azərbaycan Hava Yollarına məxsus “Airbus A319” təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

Azərbaycan Hava Yolları QSC-dən Yenicag.az-a verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Təyyarə Bakı vaxtı ilə saat 08:01-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.