!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıdan qardaş Türkiyəyə başsağlığı - "Hər cür yardıma hazırıq!"

!Reklam – Yazi

Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ötən gün Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə verdiyi başsağlığında deyilir.

“Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”, – başsağlığında qeyd olunub.

Qeyd edək ki, ötən gecə Türkiyə 6.8 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri Elazığın Sivrice rayonunda yerləşib.

Zəlzələ Diyarbakır, Adıyaman, Batman, Kahramanmaraş, Şanlıurfa şəhərlərində hiss olunub.

Hadisə nəticəsində 21 nəfər ölüb, 1030 nəfər isə yaralanıb. Zəlzələ bölgəsində xilasetmə əməliyyatları davam etdirilir. Ölən və yaralananların sayının artacağı istisna deyil.

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv