Bakıdan qatarla Şirvana aparılan məhbuslar qaçdı

Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, həmin məhkumla Bakıdan Şirvana qatarla aparılırlarmış. Qatar Biləcəri stansiyasında dayan zaman onlardan ikisi qaçmağa nail olub.

Hazırda qaçan məhkumların axtarışı davam edir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

***

 

COP29