Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıdan Qazaxa qonaq gələn məktəbli çayda batdı

Qazax rayonunda çayda batan məktəblinin meyiti tapılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu gün günorta saatlarında Ağstafaçayda batan 14-15 yaşlı məktəblinin meyiti aşkarlanıb.

Nir neçə məktəbli uşaq həmin ərazidə çimən zaman 8-ci sinif şagirdi Elnar Muradxan oğlu Mustafayev suda batıb.

Onunla birlikdə olan uşaqlar qorxub ərazidən uzaqlaşıblar. Yaxınlıqdan keçən şəxslərdən biri çayın sahilində paltar və mobil telefon tapıb. Bununla bağlı polisə məlumat verilib. Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Aparılan axtarışlar nəticəsində uşağın meyiti tapılıb və müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, E.Mustafayev Bakı şəhərindən Qazax rayonunun Ağköynək kəndinə qonaq gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

625
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS