!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“…Bakıdan səni öldürmək üçün gəlib” – Qənimət Zahidə ağır ittihamlar…

!Reklam – Yazi

179951_10151602319749771_1595968432_n“Mühacirlər” filminin müəllifi, hazırda Avropada mühacir həyatı yaşayan Laçın Məmişov facebook sosial şəbəkəsində “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə ünvanlanmış sərt ifadələr işlədib. Savash.org olaraq heç bir şərh vermədən, sözügedən statusdakı cümlələrə toxunmadan həmin ittihamnaməni dərc edirik. Beləliklə…

Dostlar, hamınız mütləq oxuyun, özünüz ədalətli qərar verin!
Eldaniz Quliyev, Cemil Hasanli , Əli Kərimli , Rüstəm İbrahimbəyov, zəhmət olmasa münasibət bildirin!
Daima Milli Şuraya, AXCP-ə, müxalifətə, Azadlıq qəzetinə, vətəndaş cəmiyyətinə, jurnalistlərə, “Meydana gəl” proqramı ilə, maddi, mənəvi, fiziki dəstək olan bir adama qarşı “çox sağ ol”du? Həmin adamam ki, qəzet bağlananda, qəzetə hücum edənlərin, provakativ hərəkətlərinə anında da cavab verdim. Gizlin bir işimiz olmadığı üçün bura ictimayyətin nümayəndələrini də tag edirəm ki, qoy onlar da öz fikirlərini bildirsinlər. Görək bu oyunları aparmaqda Ganimat Zahid və dəstəsinin bəzi üzvlərinin məqsədi nədir?!
Ramil Usibovun şikayəti əsasında Eldəniz müəllim məhmkəmə qaydasında cərimələndi və 480 saat ictimai işlərə cəlb olunması haqqında qərar çıxarıldı. Həmin ədalətsiz qərara əsasən Milli Şuranın bütün tədbirlərində, mitinqlərində öndə gedən, Ziyalılar Birliyinin sədri, Milli Şuranın koordinasiya şurasının üzvü Eldəniz Quliyev həbs oluna bilərdi. Bu məsələ ilə bağlı Eldəniz müəllimə dəstək aksiyası təşkil etdik. Xaricdən mən, Azərbaycandan isə Moderator.Az saytının əməkdaşı Seymur Eliyev həmin aksiyanı idarə etdi. Azərbaycanda, Avropada və bütün düynada yaşayan azərbaycanlılara çağırış etdik ki, gəlin bu cəriməni toplayıb ödəyək və ictimai işləri isə bütün ölkələrdə Azərbaycan səfirliyinin qarşısında aksiya şəklində yerinə yetirək. Gedib səfirliyin qarşısını süpürərək, “Hamımız Eldəniz Quliveyik” transporantlarını da nümayiş etdirək. Həmin çağırışa Milli Şura və müxalifət partiyalarının heç biri qoşulmadı. Yardım edənlər pulu Seymur Əliyevə göndərdilər. Yəni ya bank hesabına, ya da ki, pul köçürmələri vasitəsi ilə. Həmin ərəfədə mən Azərbaycanda deyildim. Toplanan pullar ümumiyyətlə mənim əlimə də dəymədi. Həmin ərəfədə hər toplanan manatın hesabatı yaradılmış xüsusi səhifədə vaxtaşırı paylaşılırdı. Seymur Əliyevdən xahiş etdim ki, bank hesabının dövriyyəsini çıxarıb, nə qədər pul toplanmasının hesabatını mənə göndərsin. Ona görə yox ki, Seymur Əliyevə nəsə bir iddiam var, xeyr. Ganimat Zahid və onun ətrafında olan bir neçə nəfər iddia edir ki, guya Eldəniz müəllimə dəstək aksiyasında pul, Facebookda şəffaf siyahıda göstərildiyindən çox toplanıb. Hətta Qənimət Zahid özü belə 350 euro pul göndəribmiş. Amma həmin pul Eldəniz müəllimə gəlib çatmayıb. Seymur Əliyevə də çatmayıb. Mənim isə ümumiyətlə o puldan xəbərim yoxdur. Xahiş edirəm Qənimət Zahid aydınlıq gətirsin, pulu kimin vasitəsi ilə, hara göndərib? Əgər göndəribsə bunu öz yaxın ətrafının vasitəsi ilə edib. Demək pul çatmayıbsa, o zaman oğurluğu özünün pulu göndərdiyi adamlardan görsün və hesabatını da onlardan sorsun. Yox əgər göndərməyibsə, o zaman bu provakasiyanı etməkdə məqsədi nədir? Hələ üstəlik Eldəniz müəllimə də deyir ki, “Sizin bildiyinizdən qat-qat çox pul toplanıb”. Bundan əlavə Qənimət Zahidin müəllifliyi ilə yeni bir şayə buraxılıb ki, guya Eldəniz müəllimə dəstək aksiyası zamanı 30.000 euro pul toplanıb. Amma niyəsə bizim o puldan xəbərimiz yoxdu?! Qeyd etmək istəyirəm ki, Eldəniz müəllim üçün toplanan pulun içində bir nəfər də olsun müxalifət llideri, funksionerinin bir manatı belə yoxdur. Hansı ki, bu kampaniyanı etmək, dəstəkləmək onların boynunun borcu idi. Bütün ictimaətdən cəmisi 500-600 manat pul toplanmışdı. Hansının ki, siyahısı yaratdığımız eventdə hər gün bir neçə dəfə paylaşılırdı. Yaxşı, bu 30.000 euro hardan çıxdı? Qənimət Zahid bu pula sahiblənməkdə kimi ittiham edir? Seymuru, məni, ya Eldəniz müəllimi? Bəlkə özünün etdiyi müəmmalı fəaliyyətləri haqqında danışsın? Bəlkə öz həzmerabedən keçirtdiyi 5 və 6 rəqəmli məbləğlər haqqında xalqa hesabat versin ki, biz də bir görək o pulları hardan alır? Hamı da görsün ki, Qənimət kimin Zahididi? Ümumiyyətlə son zamanlar Qənimət Zahidin şayələr yaymaqda məqsədi nədir? Kimin sifarişini yerinə yetirir? Xahiş edirəm bu məsələyə aydınlıq gətirsin. Ümumiyyətlə bu neçənci dəfədir ki, Qənimət Zahid qeydi-ciddi və ya düşünülmüş şəkildə ciddi dağıdıcılıq siyasəti aparır.
Hamınızdan xahişim odur ki, cəmiyyətimizdə son zamanlar baş alıb gedən riyakarlığa biganə qalmayasınız. Hamılıqla bu məsələni aydınlaşdıraq. Görək Qənimət Zahidin qarnının azarı nədir? Keçən il “Mühacirlər” filminin birinci bölümü çəkiləndən sonra yenidən Avropaya gəlmişdim. İlk gəldiyim şəhər Praqa oldu.Matanat Azizova ilə görüşəndən sonra, Fransaya getdim. Parisdə ABU-nun keçmiş rektoru Эльшад Абдуллаевlə görüşməli idim. Fransanın Caen şəhərində İnqlab Kərimovgildə idim. İnqlab Kərimov nə qədər məcbur etdi ki, getmə, hələ bir gün də qal. Dedim ki, yox vacib görüşüm var. Caenə getməmişdən Agil Khalillə danışmışdım. Parisdə onunla da görüşməli idim. Elşad Abdullayevlə görüşəcəyim haqqında Qənimət Zahidin məlumatı var idi. Razılaşdığımız vaxt görüş yerinə gəlirəm, 5 dəqiqə qalmış Elşad müəllim zəng vurur ki, “Müəllim məni bağışla mən gələ bilmədim” – soruşdum ki, nə oldu, nə baş verdi? Konkret bir söz deyə bilmədi. Səsindən, danışıq tonundan hiss etdim ki, burda nəsə bir iş var. Sonradan Elşad Abdullayev etiraf etdi ki, görüşə 10 dəqiqə qalmış ona Aqil Xəlil zəng vurur və deyir ki, “Laçın Bakıdan səni öldürmək üçün gəlib” – Ən maraqlısı da odur ki, elə həmin gün Aqil Xəlil Parisdə axşam mənimlə görüşür və birlikdə oturub yapon restoranında yemək yeyirik. Yaxşı sual olunur, əgər mən hakimiyyətin adamı idimsə, tapşırıqla gəlmişdimsə, o zaman bu tapşırığı ancaq irəhmətlik MTN verə bilərdi. Əgər Aqil Xəlildə bu məlumat var idisə, bu məumatı ona yalnız MTN verə bilərdi. Belə idisə, o zaman Aqil Xəlil rəhmətlik Covdarovla düşmən olduğu halda mənimlə niyə görüşürdü və niyə birlikdə çörək yeyirdi? Bu virusu ona yalnız Qənimət Zahid ötürə bilərdi. Və məqsəd nə idi ki, Elşad Abdullayevlə bizim görüşümüz baş tutmasın? Ümumiyyətlə Aqil Xəlil bu dezinformasiyanı Elşad Abdullayevə verəndən sonra hansı üzlə oturub mənimlə çörək kəsdi?!
Düz 10 ay Tiflisdə qaldım. Orda qaldığım müddətdə də yenə də bekar oturmadılar. Elə zurna pilədilər ki, bu adam niyə Gürcüstandadı? Niyə Avropada siyasi sığınacaq almır. Bəli, mən Avropada siyasi sığınacaq almaq istəmirdim, ümumiyyətlə belə bir fikrim də yox idi. Mən düşünürdüm ki, Gürcüstanda Azərbaycandan qaçmaq məcburiyyətində qalmıış insanlar üçün layihə edib, onlara dəstək ola bilərəm. Cəmiyyətimiz üçün də səmərəli bir iş görərəm. Ən azından orda olduğum müddətdə heç bir layihə filan etmədən imkanım çatan qədər Azərbaycandan qaçıb gələn adamlara nəyə gücüm çatdısa, etdim. Hamsının da analarının südü kimi haqqı-halal xoşları olsun. Nə isə, gəlib çıxdım İsveçrəyə, elə alındı ki, geri dönməli olmadım. Hamıya bəllidir ki, siyasi sığınacaq üçün müraciət edən şəxsin status almadan başqa ölkəyə səyahət etmək üçün nə izini, nə də heç bir sənədi olmur. Yəni ilkin olaraq N tipli sənəd verirlər. Sonra isə F pasportu. Həmin F pasportu ilə müraciət etdiyin ölkədən kənara çıxa bilməzsən. Mənim F pasportum olan bir mərhələdə Qənimət Zahid mənə yazdı ki, “Besancona gəlmisən. Mənə niyə xəbər etməmisən?” – Mən də elə zənn etdim ki, zarafat edir. Həmin gün də mənə həbsdə öldürülən Elşad Babayevin işinin yeganə şahidinin audioyazılarını göndərmişdilər. O məlumatları Qənimət Zahidə verməyi düşünürdüm. Dedim elə yaxşı yazdın, sənə belə bir material verəcəm. Lakin az keçmədi mənə Almaniyadan Riyad Əliyev yazdı ki, “Laçın müəllim, mənə bayaqdan bir neçə nəfər zəng edib soruşur ki, sizi Besanconda görüblər. Vokzalın yanındakı oteldə qalırsınız, əyninizdə də “sportivni kostyum” var”. Bu mesajdan çox təəccübləndim, axi mənim hardasa olmağımı, Riyad Əliyevdən niyə soruşursunuz? Axı Riyad Əliyev mənim nəyimdi? Dostumdu? Qardaşımdı? Qohumumdu? Biznes ortağımdı? Həmin gün Riyad Əliyevə zəng vurdum, dedim açıq mənə de, bu mə məsələdi? Dedi ki, bəs Qənimət Zahidin işçiləri deyir ki, səni Qənimət Zahid Besanconda görüb. Həmin ərəfədə sənədim belə yox idi. Soruşdum ki, axı mən Besancona necə getmişəm ki, həmin gün oturub burda dostumuzun ad gününü qeyd etmişik, həm də heç bir sənədim olmaya olmaya? Bu arvad dedi-qodusu kimə lazımdı baş aça bilmirəm? Həm də ay Riyad müəllim, məni səndən niyə soruşurlar? – O da bir söz deyə bilmədi. Rusca dedi ki, “ Ne znayu Lachin muəllim, ya toje udivilsa” – Yaxşı Qənimət Zahid məni Besanconda lap deyək ki, görmüşdüsə, o zaman niyə yaşmaqlanıb yanımdan keçirdi? Axı bu uydurmaları yaymaqda bu adamın məqsədi nədir?
Qənimət Zahidin özünə yazdım ki, başa düşmürəm, bu “paraşanı” kim buraxır? Susdu, cavab yazmadı. Zəng vurdum, cavab vermədi…
Bu artıq neçənci dəfədir ki, belə tərbiyəsizliklərə yol verir. Bu günə kimi dinmirdim, aramızda olan haqqı-salam, xətir-hörmət, duz-çörəyə görə susurdum. Fikirləşirdim ki, bu adam da hamımızla birgə mübarizə aparır. Amma bu gün baxıram ki, bu adamın hərəkətlərinə baş qoşmadıqca, daha da geniş “planlar” həyata keçirdir. Bir az əvvəl tək özü ara qızışdıranlıq edirdisə, indi başəna aşıq balabançı və zurnaçılarını da yığıb, dəstəsinin bəzi üzvləri də ona qoşulub, “Zəmin-xarə” üstündə züy tuturlar. Harda ağızlarına nə gəldi haqqımda danışırlar. Bildirmək istəyirəm ki, Qənimət Zahid, mən sənin üçün İlham Əliyev deyiləm, Laçın Məmişovam. Sənə bu günə kimi qoyulan hörmətin qabağında ancaq namərdlik etmisən. İstənilən zaman nə demisənsə, baş üstə demişəm. Amma həmişə məni dar məqamda atıb qaçmısan. Özü də havayı qaçmamısan. Susmağın üçün haqqını qarşı tərəfdən almısan. Elə bilmə ki, mənim heç nədən məlumatım, xəbərim yoxdu. İstəsən, səninlə bağlı Azərbaycan «Wilkileaks»ının bir neçə abzasını dərc edim, ondan sonra baxım halına. Görüm ondan sonra necə yağlı bozbaşı yeyib “Azərbaycan saatı”proqramında yarı ac, yarı tox xalqı susmaqda, cəhalətdə suçlayırsan. əslində elə haqqın da var. Çünki bu millətin faciəsi ilə spekulyasiya edib o ki, var reketlik edirsən. Hətta öz qohum qardaşlarının da taleyi ilə qumar oynayırsan. İstəyirsənsə, cənab faktlar danışsın. Dillənsin? Mənim isə səndən fərqli olaraq utanacağım, nə də gizlədəcəyim bir işim yoxdur. Sən, bir dəfə yazmışdın ki, Şirvanın “sonuncu sufisi mənəm” – Sən Şirvanın sonuncu sufisi deyilsən. Şirvanın ən sonuncu Şeyx Əzəmisən. Sənin xislətin ancaq Şeyx Əzəm kimi adama torba tikməkdi. İndi zəhmət çək aydınlıq gətir. Mən də öz növbəmdə sənin hələ qalan məsələlərin, yaydığın şayələr – hardan və necə bəhrələnib və gündəmə nə üçün buraxdığın haqqında atacağım addımları düşünüm. Bir də yadındadırsa, Besanconda səninlə nərd oynayanda, 3 tas marsı sənə ac qarına yedirdəndən sonra dedim ki, sən mənim üçün istənilən bir sahədə çox zəif bir uşaqsan. İstəyirsənsə, sənə kəramətimi göstərim? İndi gəl, çıxar zahirə batinindəkini görək sən kimin Zahidisən? Bir barmağın kəsilməməsi üçün həqqdən qaçıb, milləti bir-birinə niyə düşmən edirsən? Sənin dilini (mənəvi olaraq) kəssəm neynəyəcəksən? Sənin məqsədin məni provakasiyaya çəkmək, nəsə düşünülməmiş addımlar atmağa sövq etməkdi əzizim. Amma unutma ki, sən ağzını açıb nəsə danışmaq istəyəndə, artıq bilirəm ki, məqsədin nədir.
İndi gəl bu Sabirin beytini oxu
Zahida, gəl soyunaq bir kərə paltarımızı,
Çıxaraq zahirə batindəki əfkarımızı,
Pişgahi-nəzəri-xəlqə dutaq varımızı,
Görüb onlar dəxi təhqiq eləsin karımızı,
Hər kimin ağı qara isə utansın, a balam!
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!
Son olaraq da onu demək istəyirəm ki, sənin məqsədin Avropada mühacirləri parçalamaqdırsa, mənim məqsədim birləşdirməkdir. Fərq etməz, cəbhəçi, müasavatçı, REAL-çı, heç bir partiyanın üzvü olmayan. Kim bu birlik üçün çalışacaqsa, mənim dostumdu, qardaşımdı. Yox əksini edəcəksə, o zaman özü bilsiin.

P.S Bu etdiklərinə nə ad verim bilmirəm
1. Jurnalist – Bu etdiklərinə, ancaq səviyyəsiz reketlik deyirlər
2. İctimai xadim – İctimai xadim, ağır oturub batman gələr. Belə donqili hərəkət etməz.
3. Siyasətçi – Bu siyasət deyil, kənddə qoca dul arvadların bulaq başında oturub etdiyi qeybətdi.
4. “Prespupni mir” – Prespupni mirdə, “neobosnovannı paraşa” buraxanın yeri “paraşa”nın yanıdı.Kstati sənin həbsdə xlebnikin olmuş, yerlimiz Kloun Yaşar da belə hərəkət etməzdi. Allahnan deyəndə Yaşka özünü səndən dürüst aparır. Çünki Kloun ləqəbini özünə götürüb.

Laçın Məmişov
Bern, İsveçrə
08 yanvar 2017

www.yenicag.az

1540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv