Bakıdan Şərqi Zəngəzura qatarın hərəkətinin bərpa edilməsi təklif olunur

“Bakıdan Şirvan-İmişli-Şərqi Zəngəzur istiqamətində qatarın hərəkətini bərpa etmək lazımdır”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə deputat İltizam Yusifov bildirib.
“İnsanların 90%-i iş və oxumaq üçün rayonlardan Bakıya gəlir. Bu qatarın istifadəyə verilməsi insanları səhər işə və dərsə, axşam evə qayıtmasını asanlaşdırar”, – deyə o qeyd edib./report

COP29