Bakıdan Sumqayıta sərnişin daşınması üçün 20 avtobus cəlb edilib – BNA

“20 Yanvar” dairəsindən sərnişinlərin birbaşa Sumqayıt istiqamətində daşınması təmin edilib. Bakı Nəqliyyat Agentliyi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin koordinasiyalı işi sayəsində 20 ədəd iritutumlu avtobus cəlb edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

BNA-dan bildirilib ki, hazırda Bakı Nəqliyyat Agentliyinin ərazisində “BakuBus” MMC-yə məxsus 10-dan artıq nəqliyyat vasitəsi ehtiyat tədbirləri üçün hazır vəziyyətdə saxlanılır.

“Zərurət yaranacağı təqdirdə həmin avtobuslar da sərnişinlərin xidmətinə veriləcək”, – deyə məlumatda vurğulanıb.