Bakıdan Türkiyənin kurort şəhərlərinə uçuşlar başlayır

İyunun 25-dən etibarən AZAL Bakıdan Türkiyənin kurort şəhərləri – Bodrum və Dalamana xüsusi uçuşlar həyata keçirməyə başlayır.

Yenicag.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, Bakı-Bodrum-Bakı istiqamətində uçuşlar hər gün həyata keçiriləcək.

Heydər Əliyev Beynəlxalq Aeroprtundan Dalaman şəhərinə uçuşlar həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək.