“Bakıkart” mobil tətbiqində ƏLÇATANLIQ PROBLEMİ: “Sistemin oflayn rejimdə işləməməsi…”

 

“Tətbiqin oflayn rejimdə işləməmsi təşkilatçılığın zəif olmasından irəli gəlir”.

Bu fikirləri bir müddət öncə istifadəyə verilən “Bakıkart” mobil tətbiqinin səmərəliliyi haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “Bakıkart” mobil tətbiqinin istifadəsi innovativ yeniliklərə əsaslanan müsbət addımlardan biridir:

“Bununla belə, tətbiqin oflayn rejimdə işləməməsi təşkilatçılığın zəif olmasından irəli gəlir. Bu tətbiqin daha əlçatan olması çox vacib elementdir. Qarşıda duran prespektiv məsələlərədən biri də bu sistemin təkmilləşdirilməsi olmalıdır.

Tətbiqin oflayn rejimdə çalışmamasının səbəblərindən biri proqramlaşdırma ilə bağlı məsələdir. Əlbəttə, tətbiqi daha əlçatan hala gətirmək mümkün olardı. Fikrimcə, bu platformanın təkmilləşməsi üçün işlər davam edəcək.

Bu çərçivədə rast gəlinən hər hansı problem və çətinliklərin işıqlandırılması, o cümlədən, onların həllinə dəstək üçün media və mütəxəssislərin də üzərinə müəyyən qədər iş düşür”.

İsmayıl Bakuvi

COP29