“BakıKart”ların yüklənməsi ilə bağlı problem aradan qaldırıldı

“Komtec” şirkəti (MilliÖn ödəmə terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) “BakıKart” nəqliyyat kartlarına uğursuz yükləmələrin bərpa olunması üzrə yeni funksiya işə salıb.

Bu barədə Trend-ə şirkətdəki mənbədən məlumat verilib.

Yeni funksiya ödəmənin sistemdə həyat keçirildiyi, lakin hər hansı bir qüsur səbəbi ilə pulun karta oturmadığı təqdirdə kartın balansını bərpa etməyə imkan verir.

Məlumatda deyilir ki, bunun üçün istifadəçi “BakıKart” bölməsinə keçib, “kartın bərpası” bölməsini seçməli, daha sonra kartı kartriderə yerləşdirməlidir. Bu üsulla yüklənən vəsaiti karta yönləndirmək olar və bu barədə istifadəçiyə müvafiq çek verilir.

Yeniçağ.az