!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakılı müəllimlər adada əsir qaldı

!Reklam – Yazi

Bakı şəhəri Pirallahı rayonu Çilov adasındakı 131 saylı orta məktəbin müəllimləri adada əsir kimi qalıblar.

Yenicag.az xəbər verir ki, sözügedən təhsil ocağının müəllimləri ötən həftənin cümə günündən etibarən evlərinə gedə bilmirlər.

Aidiyyatı qurumlar hava şəraitini bəhanə gətirərək müəllimləri sahilə aparıb-gətirən gəmiləri təmin etməkdən imtina edirlər. Onları evlərinə aparmaq üçün əraziyə helikopter də cəlb olunmur. 28 May adına NQÇİ-nin rəisi Bağırov Zaur Əli oğlu da məsuliyyətdən boyun qaçırır. Lakin o, Təhsil Nazirliyi ilə müqavilə olmadığını əsas gətirir. Və belədə müəllimlər Allahın ümidinə qalıblar.

Emin Səfərov

www.yenicag.az

3477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv