Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Bakılı-rayonlu" mübahisəsinin arxasındakı erməni quyruğu göründü - Fotofakt

Azərbaycan gündəmini bir neçə gündür zəbt etmiş “bakılı-rayonlu” mübahisəsində ermənilərin təhrikedici rol oynadığı açıq görünür.

Yenicag.Az xəbər verir ki, bəstəkar Aygün Səmədzadənin “Bakılılar günü” münasibəti ilə “Facebook”da paylaşdığı statusun yaratdığı tozanaq çəkildikcə, ölkədə bölücülük virusunun haradan yayıldığı tədricən aydınlaşır.

Azərbaycanda regional faktorun həssaslığı heç kəsə sirr deyil. Ona görə də Aygün Səmədzadənin ölkədəki bütün neqativ tendensiyaların öz başlanğıcını “rayon və rayonlulardan” götürdüyünə dair iddiası ətrafında kəskin müzakirələr açıldı və xanım bəstəkarın cavabı ən sərt şəkildə verildi.

Bununla belə, media və sosial şəbəkələrdə, xüsusilə, “Facebook”da müşahidə edilən bəzi hadisələr Azərbaycanda regional zəmində qarşıdurma yaratmaq istiqamətində sistemli fəaliyyətin aparıldığına şübhə yeri qoymur.

Söhbət nədən gedir? Cavaba keçməzdən əvvəl xatırladaq ki, Azərbaycanda “region damarı”nın incəliyini ermənilər də yaxşı bilirlər və bu “zəif nöqtə”mizdən vurmaq üçün əllərinə düşən heç bir fürsəti qaçırtmırlar.

Azərbaycan cəmiyyətində bölücülük meyillərini gücləndirməkdən əl çəkməyən ermənilər bu fəaliyyətlərində “Facebook”un imkanlarından maksimum yararlanırlar. Acınacaqlısı budur ki, ermənilər ölkəmiz əleyhinə yönəlmiş həmin fəaliyyətlərini daha çox ifrat yerlibaz azərbaycanlıların “Facebook”da yaratdıqları regionçu səhifələr vasitəsilə həyata keçirirlər.

Qeyd olunan səhifələr sırasında isə xüsusi diqqət cəlb etmək üçün özlərini “köklü Bakılı”, “elitar təbəqə” kimi qələmə verənlərin qurduqları “Коренные Бакинцы” səhifələridir. O səhifələrdəki paylaşımların əksəriyyətində “bakılılar”ın “seçilmişliyi” fikri təlqin edilir və paytaxtı ölkənin digər regionlarından ayırmağa ciddi cəhdlər olunur.

Həmin paylaşımların mənbəyi və şərhlərdə bölücülük tendensiyasının gücləndirilməsi isə ermənilərin bəhs olunan səhifələrdəki gizli fəallığına şübhə yeri qoymur. Bu fikrin təsdiqi üçün bir faktı göstərmək kifayətdir.

“Коренные Бакинцы” səhifəsində bu il iyunun 30-da yayılmış anonsda əslən Bakıdan olan erməni müğənni Bokanın (Boris Davidyan) Moskvadakı həmvətənlərimizə məxsus “Бакинский дворик” restoranında verəcəyi konsert reklam olunub. Bu, nə deməkdir?

Açıq görünür ki, Azərbaycanda geniş müzakirə olunan region mübahisələrinin körüklənməsi sırf erməni təxribatıdır. Bu məsələdə Azərbaycandan gedən, xüsusilə, dilimizi bilən ermənilər daha çox aktivlik göstərirlər və burada da gözlənilməz heç nə yoxdur. Təəssüf doğuran əsas məqam isə bəzi soydaşlarımızın istəmədən olsa belə, ermənilərə “ideal ötürmələr” vermələridir.

Mövzu barəsində Yenicag.Az-a danışan tanınmış siyasətçi Zəlimxan Məmmədli bildirib ki, düşmən Ermənistan Azərbaycan cəmiyyətində təfriqə salmaq üçün bütün vasitələrdən istifadə edir və bu işdə Kremldən də ciddi dəstək alır:

“Əslində, təəccüblü deyil. Düşmən əlbəttə ki, Azərbaycanın güclənməsinə deyil, parçalanmasına çalışır və bu məqsədini gerçəkləşdirmək üçün bütün mümkün vasitələrə əl atır. O baxımdan, ermənilərin sosial şəbəkələrdə Azərbaycan cəmiyyətində parçalanma, təfriqə yaratmağa davamlı cəhd göstərmələri başa düşüləndir.

Eyni zamanda, ermənilərin bu tip açıq-gizli kampaniyalarına bəzi “soydaş”larımızın da ( fərqi yoxdur, bilərəkdən, ya bilməyərəkdən- red.) qoşulmaları da məqsədli siyasətin tərkib hissəsidir. Açıq görünür ki, “beşinci kolon” bu istiqamətdə tam hərəkətdədir. Hər halda, bəzi statuslu şəxslərin, hətta millət vəkillərinin antimilli fikirlər səsləndirmələri təsadüf sayıla bilməz.

Dərk olunmalıdır ki, bu siyasət Rusiyadan – Azərbaycanın müstəqilliyi üçün ən böyük təhdid olan Kremldən qaynaqlanır. Azərbaycandakı proseslərə kobud müdaxilələrdən çəkinməyən Rusiya onun kursuna uyğun gələn müəyyən şəxsləri Milli Məclisin tərkibinə salaraq, yeri gələndə, onların “ayı xidməti”ndən də yararlanır.

Baxın, nəzərdə tutduğumuz deputatların milli maraqlara və ideologiyaya zidd çıxışları ətrafında mediada, sosial şəbəkələrdə necə qızğın müzakirələr gedir… Ortaya onlara qarşı kəskin mövqe qoyulur. Ancaq bu müzakirələr həm də diqqətin əsas problemlərimizdən yayındırılmasına səbəb olur ki, məqsəd də budur.

Təbii, bu cəhdlərə lazımı qarşılıq verilməlidir. Ancaq onu da unutmayaq ki, Azərbaycan öz müstəqilliyinin bərpasının 30-cu ilinə yaxınlaşır, yeni nəsil yetişib. Bu nəsil “rayonlu-bakılı” söhbətindən kifayət qədər uzaqdır. Həm də ki belə məsələlər sosial şəbəkələrdə həll olunmur. Belə təxribatlara yerindəcə cavab verməli olan dövlət qurumları var və düşünürəm ki, onlar bu işlərlə məşğuldurlar”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

747
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM